Вернуться назад Распечатать

Naxçıvanda yük və sərnişin daşınması artıb

Ötən il Naxçıvan Muxtar Respublikasında 7,1 milyon ton yük və 47,4 milyon sərnişin daşınıb.

Bu barədə 1xeber.media Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, 2023-cü illə müqayisədə yük daşınması 1,1%, sərnişin daşınması isə 1,4% artıb.

Eyni zamanda, il ərzində muxtar respublikada göstərilmiş informasiya və rabitə xidmətlərinin ümumi dəyəri 4,1 % artaraq 35,8 milyon manat olub.