Вернуться назад Распечатать

Ermənistan Xarici İşlər Nazirliyi Rusiyaya etiraz notası verib

Ermənistanın xarici işlər nazirliyi Rusiyaya etiraz notası verib.

1xeber.media xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata əsasən, Rusiyanın Ermənistandakı səfiri S.P.Kopırkin nazirliyə çağırılıb.

"2025-ci il yanvarın 12-də Rusiya Federasiyasının Ümumrusiya Dövlət Televiziya kanalında Ermənistan Respublikasının suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş süni şəkildə yaradılmış süjetlərin səsləndirildiyi “Vesti Nedeli” verilişi ilə əlaqədar, yanvarın 15-də Rusiya Federasiyasının Ermənistandakı səfiri S.P.Kopırkin Xarici İşlər Nazirliyinə çağırılıb. Görüşdə səfirə müvafiq etiraz notası təqdim olunub", - XİN-dən bildirilib.