Azərbaycan Ordusunun əsgəri Adil Baxşəliyeviç Baxşəliyev 2024-cü il dekabrın 29-da Kəlbəcərdəki postda xidmət edərkən dünyasını dəyişib.
1xeber.media xəbər verir ki, yaxınlarınınverdiyi məlumata görə, əsgər güllə yarasından ölüb.
Onlar həmçinin qeyd ediblər ki, hadisə ilə bağlı Hərbi Prokurorluq araşdırma aparır.
Ailənin iddiası ilə bağlı Hərbi Prokurorluğa sorğu verilib.
**
Azərbaycan Ordusunun əsgəri vəfat edib.
1xeber.media Oxu.az-a istinadla xəbər verir ki, əsgər Adil Baxışəli oğlu Baxışəliyev 2024-cü il dekabrın 29-da vəfat edib.
O, Kəlbəcərdə hərbi xidmət keçirdi.
Hadisə ilə bağlı Müdafiə Nazirliyinə sorğu ünvanlanıb.