Almaniya və Hollandiyadan olan iki NATO gəmisi Baltik Sentinel əməliyyatı çərçivəsində Finlandiya körfəzinə daxil olub.
1xeber.media xəbər verir ki, bu barədə Finlandiyanın Yle yayım şirkəti məlumat yayıb.
“Alman FGS Datteln və Hollandiya HNLMS Luymes yanvarın 13-də birgə əməliyyat tədbirləri həyata keçirmək üçün Baltik dənizində sualtı transfer həyata keçirib. Hər iki gəmi Birinci Müttəfiq Dəniz Komandanlığının NATO-nun Minalara Qarşı Mübarizə üzrə Daimi Qrupunun bir hissəsi kimi yerləşdirilib”, - NATO Dəniz Komandanlığının bəyanatında deyilir.
Əlavə olaraq qeyd edilir ki, bu manevrlərin məqsədi “kritik sualtı infrastrukturun zədələnməsinin qarşısını almaq”dır.
Bundan əvvəl Polşanın baş naziri Donald Tusk bildirmişdi ki, NATO Baltik dənizindəki bütün gəmilərə, o cümlədən neytral sularına nəzarət etmək istəyir. Eyni zamanda, Polşa hökumətinin başçısı vurğulayıb ki, Şimali Atlantika Alyansına üzv olan bütün ölkələr bu məsələdə konsensusa malikdirlər və müxtəlif patrul variantlarını nəzərdən keçirirlər.