1xeber.media xəbər verir ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Qəzza zolağında saxlanılan israilli girovların azad edilməsi ilə bağlı razılığın əldə olunduğu barədə məlumat aldığını bildirib.
"Yaxın Şərqdəki girovlarla bağlı razılığa gəldik. Onlar tezliklə azad olunacaqlar", - o, "Truth" sosial şəbəkəsində yazıb.
Münaqişə tərəflərindən heç biri razılaşmanı rəsmən təsdiqləməyib. Eyni zamanda, bir sıra Qərb və Yaxın Şərq KİV-ləri İsrail və Həmas, eləcə də vasitəçi ölkələrdən olan mənbələrə istinadən sövdələşmənin bağlandığını yazır.
7 oktyabr 2023-cü ildə Həmas İsrailə hücum etdi. Buna cavab olaraq İsrail Müdafiə Qüvvələri HƏMAS-a qarşı hərbi əməliyyata başlayıb.