Вернуться назад Распечатать

Orban yanvarın 20-də Trampın andiçmə mərasimində iştirak etməyəcək

Macarıstanın baş naziri Viktor Orban ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimində iştirak etməyəcək.

1xeber.media xəbər verir ki, bu barədə yanvarın 15-də hökumət başçısının mətbuat katibi Bertalan Havasi məlumat verib.

“Yanvarın 20-də Baş nazir Viktor Orban Macarıstanın Aİ Şurasına sədrliyinin nəticələrini qiymətləndirmək üçün Budapeştdə keçiriləcək konfransda çıxış edəcək”, - Telex Havaşi deyib.

ABŞ-ın seçilmiş prezidentinin andiçmə mərasimi 2025-ci il yanvarın 20-də baş tutacaq.