Qazaxıstan Nəqliyyat Nazirliyinin Təhqiqat Komissiyası Rusiya “Telegram” kanallarında AZAL-a məxsus təyyarənin Aktauda qəzaya uğraması ilə bağlı yaydığı iddialara münasibət bildirib.
1xeber.media xəbər verir ki, komissiya məlumatların rəsmi mənbələr tərəfindən yayılmadığını qeyd edib.
“Biz heç bir rəsmi mənbəyə aid olmayan internet məlumatlarını şərh etməyəcəyik. Braziliyada oxunması başa çatdırılan “qara qutular” ölkəmizə göndərilib. Təyyarə qəzasının səbəblərinin müəyyənləşdirilməsi üçün işlər davam etdirilir”, – komissiyanın açıqlamasında qeyd olunur.
Xatırladaq ki, Rusiyanın məşhur “Baza” “Telegram” kanalı qəzadan öncə təyyarənin pilotlarına Qroznıya və Mahaçqalaya enməyin təklif olunduğunu, lakin Bakıya qayıtmaq və daha sonra istiqaməti dəyişərək Aktauya enmək barədə qərarı ekipaj üzvlərinin müstəqil şəkildə verdiyini iddia edib.
Bir qədər əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov təyyarənin “qara qutu”larının fərqli informasiyalar verdiyini deyib.