Rumıniya hökuməti mayın 4-də ölkədə prezident seçkilərinin keçirilməsini təsdiqləyib.
1xeber.media xəbər verir ki, bu barədə yanvarın 16-da yerli Digi24 telekanalı məlumat yayıb.
“Hökumət qərarları ilə seçkilərin vaxtı müəyyən edilib: 4 may 2025-ci il”, - nəşr yazır.
Rumıniya hökumətinin sözçüsü Mixay Konstantin qeyd edib ki, həmin gün təkcə prezident seçkiləri deyil, həm də Bihor dairə şurasının sədri və 17 yerli icmanın merlərinə qismən seçkilər keçiriləcək.