Вернуться назад Распечатать

Böyük Britaniya Ukraynaya sülhməramlılar göndərir?

Böyük Britaniya Ukraynaya sülhməramlıların göndərilməsində rol oynamağa hazırdır.

Bu barədə Böyük Britaniyanın baş naziri Key Starmer Kiyevə səfəri zamanı "Sky News" telekanalına müsahibəsində deyib.

"Mən bunu bir sıra müttəfiqlərlə, [Fransa prezidenti Emmanuel] Makronla müzakirə etdim. Biz öz rolumuzu tam oynayacağıq", - deyə o qeyd edib.