Yanvarın 17-də Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının inzibati binasında Ağcabədi, Ağdam, Bərdə, Tərtər və Laçın rayonlarından olan vətəndaşların müraciətini dinləyib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən 1xeber.media verilən məlumata görə, Qoşqar Təhməzli və Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Həmin gün vətəndaşların müraciətləri diqqətlə dinlənilib, onların bir qismi yerində öz həllini tapıb, qaldırılan bəzi məsələlər araşdırılması üçün nəzarətə götürülüb.
Qida sahəsində işlə təmin olunmaq istəyən müvafiq ixtisaslara yiyələnmiş vətəndaşların müraciətlərinə də baxılıb. Agentliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb