Вернуться назад Распечатать

Husilər ABŞ-ın təyyarədaşıyan gəmisinə hücum etdiyini açıqlayıb

Yəməndəki şiə islamçı Ənsar Allah qruplaşmasının husiləri Amerikanın USS Harry Truman təyyarə gəmisinə hücum etdiyini açıqlayıb.

1xeber.media xəbər verir ki, bu barədə “Əl-Masirah” məlumat yayıb.

“Təyyarədaşıyan gəmiyə bir neçə dron tərəfindən hücum edilib ki, bu da Qırmızı dənizə çatdıqdan sonra yeddinci hücumdur”, - kanal husilərin sözlərindən sitat gətirir.

Yaraqlılar “İstənilən inkişafa və ya ABŞ-İsrailin Yəmənə qarşı eskalasiyasına hazır olduqlarını” vurğulayıblar.

Husilər daha əvvəl Qəzza zolağında atəşkəs razılaşması qüvvəyə minənə qədər İsrailə zərbələri davam etdirəcəklərinə söz vermişdilər.