Вернуться назад Распечатать

MAQATE Zaporojjya AES-in yaxınlığında çoxsaylı partlayışlar olduğunu bildirib

Zaporijjya Atom Elektrik Stansiyasında (ZNPP) vəziyyət qeyri-sabit olaraq qalır.

1xeber.media xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) məlumat yayıb.

“Münaqişənin cəbhə xəttində ümumi vəziyyətin qeyri-sabit olaraq qaldığı Zaporijjya AES-də MAQATE komandası hər gün çoxsaylı partlayışların baş verdiyini bildirib”, - agentlik bildirib.

MAQATE aydınlaşdırıb ki, partlayış səsləri həm stansiyadan orta məsafədə, həm də AES yaxınlığında eşidilir.