Rusiya və İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi tarixi sənəddir, Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədrinin birinci müavini Aleksey Çepa deyir.
1xeber.media xəbər verir ki, bu barədə deputat Lenta.ru ilə söhbətində məlumat verib.
Bu, çox böyük müqavilədir. Mən deyərdim ki, bu, Rusiya-İran münasibətlərində tarixi sənəddir.
Deputatın sözlərinə görə, İranla razılaşma sayəsində Rusiya həm Asiya, həm də Avropaya logistika xərclərini əhəmiyyətli dərəcədə azalda biləcək.