Moskvanın Troitski Rayon Məhkəməsi bloqqer Valeriya Çekalinanın (Lerçek) əmlakına həbs qoyub.
1xeber.media xəbər verir ki, bu barədə yanvarın 17-də paytaxtın ümumi yurisdiksiya məhkəmələrinin Telegram kanalında məlumat verilib.
“Müstəntiqin təqsirləndirilən Valeriya Valeriyevna Çekalinanın əmlakına həbs qoyulması barədə vəsatəti təmin edilib”, - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, əmlak üzərinə həbs qoyulması bütün ibtidai istintaq və məhkəmə araşdırması müddəti üçün təyin edilir.