Вернуться назад Распечатать

Hamınıza tezliklə cavab verəcəyəm -İşdən çıxarılan nazir müavini paylaşım etdi

Gənclər və idman nazirinin müavini vəzifəsindən kənarlaşdırılmış Mariana Vasileva paylaşım edib.

1xeber.media  Teleqraf.com-a istinadla xəbər verir ki, sabiq məmur sosial şəbəkə hesabı vasitəsilə açıqlama verib.

"Diqqət və sevginizə görə hər birinizə minnətdaram. Hamınıza tezliklə cavab verəcəyəm", - M.Vasileva bildirib. O, həmçinin gül dəstəsi paylaşıb.

Qeyd edək ki, Mariana Vasileva yanvarın 16-da tutduğu vəzifədən azad edilib. O, 2021-ci ilin noyabrın 29-dan gənclər və idman naziri Fərid Qayıbovun müavini idi.