Bakıda yeni yolun tikintisi ilə əlaqədar olaraq, Əliyar Əliyev küçəsində yerləşən “Antrikot” restoranı sökülür.
1xeber.media “Bizim Media”ya istinadla xəbər verir ki, artıq restoranın söküntü işlərinə başlanılıb.
Qeyd edək ki, paytaxtın Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq "Koroğlu" metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisinə start verilib. Layihənin xüsusi dövlət əhəmiyyəti nəzərə alınmaqla sözügedən ünvanda bəzi obyektlər sökülür.
Heydər Əliyev prospektində və Ziya Bünyadov prospektində nəqliyyat vasitələrinin sıxlığının azaldılması və hərəkətin təhlükəsizliyinin təmin edilməsi nəzərdə tutulur.
Yolun çəkilişi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilir. Söküntü, köçürülmə və digər məsələlərlə də məhz agentlik məşğul olur.