“Aeroflot” aviaşirkətinin Moskva (SVO) – Dubay marşrutu üzrə uçuş yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş sorğusu göndərib.
Bu barədə 1xeber.media Heydər Əliyev Beynəlxalq Aerportunun mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, buna səbəb sərnişinlərdən birinin səhhətinin pisləşməsi olub.
“Boeing 737-800” təyyarəsi yerli vaxtla saat 06:27-də hava limanına uğurla eniş edib. Sərnişinə operativ şəkildə zəruri tibbi yardım göstərilib.