Вернуться назад Распечатать

Səbinə Əliyeva və Aparatın kollektivi Şəhidlər xiyabanında

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Aparatın kollektivi 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.

Ölkəmizin azadlığı uğrunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarları önünə tər güllər düzülüb.