Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın oğlu, deputat Levon Köçəryan Rusiyanın ləğv edilmiş separatçı rejimin keçmiş liderlərini qoruya bilmədiyini deyib.
Bu barədə o, jurnalistlərə açıqlamasında danışıb.
Köçəryana sual verilib ki, Rusiya lideri Vladimir Putin niyə rus sülhməramlıları Qarabağda ola-ola bu cinayətkarları qoruya bilməyib.
“Rusiya prezidentinin davranışlarını şərh etməyəcəm. Həminin sualın qoyuluşunun nə qədər düzgün olduğunu bilmirəm, amma bunu başqa cür edə bilərdilər, ya yox, onu da bilmirəm”, - deputat qeyd edib.
“Rusiya elə edə bilərdimi ki, onlar ələ keçməsinlər” sualına isə Köçəryan belə cavab verib: “Deyə bilmərəm. Düşünürəm ki, bacarsaydılar, bunu edərdilər, çünki hər halda, bütün baş verənlər onların Ermənistandakı reputasiyasına da təsir edir, məncə, bunun olmasını istəməzdilər”.
Deputat Moskvanın Qarabağla bağlı Bakı ilə sövdələşməyə getmədiyini vurğulayıb:
“Mən belə düşünmürəm. Bütün bunlar (Qarabağın azad edilməsi və hərbi cinayətkarların yaxalanması – red.) Rusiyanın nəinki Ermənistanda, hətta dünyada reputasiyasına çox ciddi zərbə oldu. Düşünmürəm ki, bu, ssenari idi”.