Yevlaxda idarəetmədən çıxan maşın yol kənarındakı kanala düşüb.
1xeber.media məlumatına görə hadisə Əkşəm kəndi yaxınlığından keçən magistral yolda baş verib. İdarəetmədən çıxan "Vaz 2110" markalı avtomobil yol kənarındakı kanala düşüb. Qəza zamanı sürücü yaralanıb.
Faktla bağlı araşdırma aparılır.