Bu gün bir neçə gün öncə İmişli rayonunda baş vermiş avtoqəza nəticəsində ağır yaralanmış məktəbli Məhbubə Əlizadə Yeni Klinikada müalicə alır.
Bu barədə millət vəkili Səyyad Salahlı facebook səhifəsində məlumat yayıb.
“Məhbubə Əlizadəni atası Səbuhi bəylə birlikdə müalicə aldığı Yeni Klinikada ziyarət etdim və müalicə prosesi ilə maraqlandım”, -deputat yazıb.
Qeyd edək ki, Yanvarın 18-də İmişlidə xidmətə gedən DYP əməkdaşının idarə etdiyi avtomobilin qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində xidməti avtomobil yol kənarında olan uşaqlara dəyib. Onlardan iki nəfər həlak olub, digər azyaşlılar və sürücü xəstəxanaya çatdırılıblar.