İsrail Müdafiə Qüvvələri (IDF) və İsrail Təhlükəsizlik Xidməti (Şabak) İordan çayının qərb sahilində “Dəmir divar” antiterror əməliyyatına başlayıb.
1xeber.media xəbər verir ki, bu barədə İsrailin baş naziri Binyamin Netanyahu öz ofisindən bildirib.
“Siyasi Təhlükəsizlik Kabinetinin rəhbərliyi altında İD, Şin Bet və İsrail polisi Cenində Dəmir Divar adlı terrorizmin kökünü kəsmək üçün genişmiqyaslı və mühüm hərbi əməliyyata başlayıb”, - deyə siyasətçi qeyd edib.
Netanyahu vurğulayıb ki, İsrail ordusu “müqavimət oxuna” qarşı “metodik və qətiyyətlə” hərəkət edir.