Вернуться назад Распечатать

Bu gün vəfat edən məktəbli qızla bağlı təsirli fakt

İmişlidə baş verən yol qəzasında xəsarət alan məktəbli Bakıda xəstəxanada dünyasını dəyişib.

1xeber.media Unikal-a istinadla xəbər verir ki, 26 fevral 2015-ci il təvəllüdlü Məhbubə Coşqun qızı Əlizadə bu gün doğulduğu Yalavac kəndində dəfn olunacaq.

Məhbubə ailədə 5 uşaqdan sonuncusu idi.

Onun anası Əlizadə Vahidə Ənvər qızı Məhbubənin hələ bir yaşı tamam olmamış - 10.02.2016 tarixində xəstəlikdən vəfat edib.

Yanvarın 18-də İmişli rayonu Yalavac kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində 2 nəfər ölüb, əlavə 2 nəfər, o cümlədən YPX avtomobilinin sürücüsü xəsarət almışdı.