Вернуться назад Распечатать

Azərbaycan xarici ölkələrlə 47,6 milyard dollar dəyərində ticarət əməliyyatı aparıb

Ötən il Azərbaycan xarici ölkələrlə (180 ölkə) 47,6 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

Bu barədə 1xeber.media Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2023-cü ilə nisbətən 3,6 milyard ABŞ dolları və ya 7% azdır.

Xarici ticarət dövriyyəsinin 26,5 milyard ABŞ dolları ixracın, 2,6 milyard ABŞ dolları isə idxalın payına düşüb.

Son 1 ildə ixrac 7,3 milyard ABŞ dolları və ya 21,7% azalıb, idxal isə 3,8 milyard ABŞ dolları və ya 21,8% artıb.

Nəticə etibarilə xarici ticarətdə 5,5 milyard ABŞ dolları həcmində müsbət saldo yaranıb. Bu da illik müqayisədə 3 dəfə azdır.