Fransa prezidenti Emmanuel Makronun gəncləri səfərbər etmək planları Ukrayna lideri Volodymyr Zelenskiyə hərbi xidmətə çağırış yaşını aşağı salmaq üçün bir siqnaldır.
1xeber.media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Diplomat vurğulayıb ki, Makron bundan əvvəl hərbi planlaşdırma haqqında qanunun qəbulu barədə göstəriş verib və Ukrayna münaqişəsi zamanı bir çox fransız silahları döyüş meydanında sınaqdan keçirilir. Zaxarovanın sözlərinə görə, Fransa prezidentinin bütün bu təşəbbüsləri onun militarist kursuna uyğun gəlir və dinc xarakterli bəyanatlara kölgə salır. Xarici İşlər Nazirliyinin nümayəndəsi Parisin qarşıdurmaya hazırlaşdığını aşkar hesab edib.
"Makron yeni döyüşkən bəyanatları ilə açıq-aydın Zelenskiyə siqnal göndərməyə çalışır və ondan səfərbərlik yaşının 18 yaşa endirilməsini tələb edir", - Zaxarova vurğulayıb.