Rusiya prezidenti Vladimir Putin Amerika lideri Donald Trampla görüşüb iki ölkəni maraqlandıran bütün sahələri sakit şəkildə müzakirə etməli olduğunu bildirib.
1xeber.media xəbər verir ki, O, bu barədə jurnalist Pavel Zarubinə danışıb.
“Yaxşı olardı ki, bu günün reallıqlarına əsaslanaraq görüşək və həm ABŞ, həm də Rusiya üçün maraqlı olan bütün sahələr haqqında sakit şəkildə danışaq”, - Rusiya lideri qeyd edib.
Bundan əvvəl Reuters agentliyi ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putinlə “dərhal” görüş keçirmək niyyətini açıqladığını bildirmişdi. Görüşün dəqiq tarixi açıqlanmayıb.
Vladimir Putin də öz növbəsində bildirib ki, onun və ABŞ prezidenti Donald Tramp arasında həmişə işgüzar, praqmatik münasibətlər olub. Rusiya lideri vurğulayıb ki, Moskva Trampın onun birgə işləməyə hazır olması ilə bağlı bəyanatlarını görür və buna həmişə açıqdır.