Вернуться назад Распечатать

Yaşar Gülər Hikmət Mirzəyevi qəbul etdi

Türkiyənin Milli müdafiə naziri Yaşar Gülər Azərbaycan müdafiə nazirinin müavini – Quru Qoşunları komandanı general-polkovnik Hikmət Mirzəyevi qəbul edib.

1xeber.media xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qəbuldə ordu generalı Selçuk Bayraktaroğlu da iştirak edib.