Вернуться назад Распечатать

İsrail 4 girov müqabilində 200 fələstinli məhbusu azad edib

İsrail girov götürdüyü 4 qadın hərbçinin azad edilməsi müqabilində 200 fələstinli məhbusu azad edib.

1xeber.media xəbər verir ki, bu barədə yanvarın 25-də İsrail ordusunun Qalei Tzahal radiosu məlumat yayıb.

Onun sözlərinə görə, 114 məhbus İordan çayının qərb sahilindəki Ramallaha, daha 70 nəfər Misirə, qalan 16 məhbus isə Qəzza zolağına deportasiya ediləcək.