Вернуться назад Распечатать

FHN Salyandakı yanğınla bağlı məlumat yaydı

Salyan rayonunun Şorsulu kəndində “Mersedes” markalı yük avtomobilinin kabinəsi, 3 ədəd ön təkəri və qoşqusunun üzərinə çəkilən tent qismən yanıb.

Bu barədə 1xeber.media  FHN-dən bildirilib.

Yanğın zamanı 2 nəfər yanıq xəsarəti alıb.

Yük avtomobilininin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.