Milli Məclis yanında Toponimiya Komissiyasının yeni tərkibdə ilk iclası keçirilir.
İclasda Komissiyanın sədri, sədr müavini və katibi seçiləcək.
İsa Həbibbəyli yenidən Toponimiya Komissiyasının sədri vəzifəsinə namizəddir.
Sədr müavini vəzifəsinə Musa Quliyev, katib postuna Cavid İskəndərovun namizədliyi irəli sürülüb.
Qeyd edək ki, Komissiyanın üzvləri İsa Həbibbəyli, Elnarə Akimova, Nizami Cəfərov, Əziz Ələkbərov, Mahirə Hüseynova, Anar İsgəndərov, Elçin İsmayılov, Musa Quliyev, Hikmət Məmmədov, Möhsün Nağısoylu, Sabir Rüstəmxanlı və Cavid İsgəndərovdur.