Вернуться назад Распечатать

"Zelenski dəqiqədə 36 min dollar qazanır" - Ukraynalı deputat

Ali Radanın deputatı Aleksandr Dubinski Ukrayna lideri Volodimir Zelenskinin və onun yaxın çevrəsinin 2024-cü ildə nə qədər pul qazandığını hesablayıb.

1xeber.media xəbər verir ki, o, müvafiq postunu "Telegram" kanalında dərc edib.

"Hesablamalarıma görə, o və ətrafı dəqiqədə 36 min dollar qazanıb və bu davam edir!" - Dubinski qeyd edib. 

Deputat, həmçinin Ukrayna silahlı münaqişəsi ilə bağlı müxtəlif başlıqlar altında elitanın mümkün korrupsiya gəlirlərini də təhlil etdiyini açıqlayıb.