Вернуться назад Распечатать

Cəlilabadda yük avtomobili at arabasını vurdu - Xəsarət alanlar var

Cəlilabad rayonunda yol qəzası baş verib. 

Hadisə rayonun Maşlıq kəndi ərazisində qeydə alınıb. 

Belə ki, "Qazel" markalı yük avtomobili Maşlıq kənd sakinləri, 1997-ci il təvəllüdlü Əliyev Xəyal Kazım oğlunun və 2007-ci il təvəllüdlü İbadov Allahverən Ərəstun oğlunun olduğu at arabasını vurub.

Qəza nəticəsində hər iki şəxs müxtəlif bədən xəsarətləri alıb. Yaralanan şəxslər Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.