Bu gün axşam saatlarından başlayaraq “Birbank” istifadəçiləri problemlə üzləşiblər.
1xeber.media xəbər verir ki, tətbiqə daxil olan istifadəçilər kartlarının silinmiş olduğunu görürlər.
Bununla bağlı sosial şəbəkələrdə paylaşımlar edilib.
Bankdan isə müştərilərə cavab olaraq bildirilib ki, hazırda texniki çətinliklər mövcuddur. Çətinliyin ən qısa zamanda aradan qaldırılacağı qeyd olunub.
***
Bankdan yaranan problemlə bağlı bildirilib:
“Hazırda Birbank mobil tətbiqinin fəaliyyətində müvəqqəti fasilələr yaranıb. Bank əməliyyatlarını rahat və fasiləsiz həyata keçirməyin müştərilərimiz üçün nə qədər vacib olduğunu anlayır, yaranan narahatlığın ən qısa zamanda həlli üçün tam gücümüzlə çalışırıq. Həmçinin məlumat üçün bildirmək istəyirik ki, müştərilərimiz kartla POS-terminal, eləcə də Apple Pay və Google Pay ödənişlərini rahatlıqla edə bilərlər.
Müştərilərimizə anlayışları üçün təşəkkür edirik”.
***
Bank yaranan problemlə bağlı daha bir açıqlama yayıb.
Bildirilib ki, mobil tətbiqdə yaranan çətinlik aradan qaldırılıb. Tezliklə tətbiq tam şəkildə bərpa olunacaq.