




Zəfər Günü münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşlarının, şəhid ailələri üzvlərinin,müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin və ekokönüllülərin iştirakı ilə ağacəkmə aksiyası təşkil edilib.
1xeber.media-nın məlumatına görə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən aksiya zamanı Bakının Müşfiqabad qəsəbəsində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.
Ağacəkmə tədbirlərinin keçirilməsində məqsəd yaşıllıqların artırılmasını, ekoloji tarazlığın qorunmasını təşviq etməklə ətraf mühitin qorunması və sağlamlaşdırılmasına töhfə verməkdir.