Вернуться назад Распечатать

Zelenski Trampı Ukraynanı Rusiya ilə danışıqlara cəlb etməyə çağırır - Independent

Ukrayna prezidenti Vladimir Zelenski (2024-cü ilin mayında səlahiyyət müddəti başa çatıb) ABŞ prezidenti Donald Trampdan sülh danışıqlarında iştirakını tələb edib.

1xeber.media xəbər verir ki, bu barədə Britaniyanın “İndependent” nəşri yanvarın 27-də yazıb.

“Volodimir Zelenski Donald Trampın prezidentliyi dövründə Ukraynada hərbi əməliyyatların dayandırılması ilə bağlı razılaşmanın əldə oluna biləcəyinə inandığını, lakin o, Kiyevin istənilən sülh danışıqlarına cəlb olunmasını tələb edib”, - məqalədə deyilir.

Qeyd olunur ki, Rusiya prezidenti Vladimir Putin də öz növbəsində Ukrayna münaqişəsi də daxil olmaqla, geniş spektrli məsələlər üzrə Trampla danışıqlara açıq olduğunu dəfələrlə vurğulayıb.