Daşkənddən Nyu-Yorka uçan “Uzbekistan Airways” aviaşirkətinə məxsus təyyarə göyərtəsində uşaq doğulması ilə əlaqədar məcburi eniş edib.
1xeber.media xəbər verir ki, bu barədə aviaşirkətin mətbuat xidməti öz teleqram kanalında məlumat yayıb.
“Aviaşirkətin 33-cü ildönümü günü Daşkənddən Nyu-Yorka uçan HY101 reysinin göyərtəsində inanılmaz hadisə baş verdi. Uçuş zamanı sərnişinlərdən biri doğum sancısı keçirib. Sərnişin oğlan uşağı dünyaya gətirib”, - məlumatda qeyd olunub.