Sabah Ankarada Türkiyə, Azərbaycan və Özbəkistan arasında ikinci üçtərəfli görüş keçiriləcək.
1xeber.media xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.
Qeyd edilib ki, iclasda üç ölkənin xarici işlər, ticarət/iqtisadiyyat və nəqliyyat nazirləri iştirak edəcək.
Görüş üç qardaş ölkə arasında xarici siyasət, ticarət və əlaqə sahələrində əməkdaşlıq və koordinasiyanı artırmaq, həmçinin Beynəlxalq Transxəzər Şərq-Qərb Orta Dəhlizinin inkişafını təşviq etmək məqsədi daşıyır.