Вернуться назад Распечатать

Salyanda yol qəzasında ölən vəzifəli şəxsin FOTOSU

Xəbər verdiyimiz kimi, bu gün Salyan rayonunda baş verən yol qəzasında vəzifəli şəxs dünyasını dəyişib. 

1xeber.media məlumatına görə, o, Biləsuvar rayon sakini, 1967-ci il təvəllüdlü Mübaşir Qurbanovdur. 

Qeyd edək ki, mərhum Sabirabad Regional Meşə Təsərrüfatı Mərkəzinin Biləsuvar rayonu üzrə nümayəndəsi (meşəbəyi) olub.