Вернуться назад Распечатать

MSK seçici fəallığını açıqladı

Respublika üzrə 499 575 nəfər səs verib.

1xeber.media xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bələdiyyə seçkilərində saat 10:00-a olan aktivliyi açıqlayarkən deyib.

O qeyd edib ki, ortalama seçici fəallığı 8,38% olub.

Qeyd edək ki, səsvermə saat 19:00-a qədər davam edəcək.

Seçkilər ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 məntəqədə keçirilir. 685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparır.

Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var.

***

Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən bələdiyyə seçkiləri ilə bağlı səsvermə prosesində saat 12:00-a olan seçici fəallığını açıqlayıb.

MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov saat 12:00-a qədər respublika üzrə 1020231 nəfərin səs verdiyini bildirib.

Onun sözlərinə görə, seçici fəallığı 17.1 faiz olub.