ABŞ-ın keçmiş prezidenti Co Baydenin Rusiya lideri Vladimir Putinə sui-qəsd planlarından danışan jurnalist Taker Karlson heç bir sübut təqdim etməyib.
1xeber.media xəbər verir ki, bunu yanvarın 29-da keçirdiyi brifinqdə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov deyib.
“Tacker Carlson bunu deyərkən nə demək istədiyini tam başa düşmürük. O, heç bir sübut təqdim etməyib, ona görə də onun dediklərinə münasibət bildirmək iqtidarında deyiləm. Zaman elədir ki, əsassız məlumatı kimdən gəlməsindən asılı olmayaraq, öz sözü ilə qəbul etməmək daha yaxşıdır”, - Rusiya prezidentinin mətbuat katibi bildirib.
Carlson ABŞ-ın Putinə qarşı sui-qəsd planları ilə bağlı bəyanatını bir gün əvvəl Mett Taibiyə verdiyi müsahibədə verib.