Вернуться назад Распечатать

NATO müdafiə xərclərini artıracaq - Rutte

1xeber.media xəbər verir ki, NATO-nun baş katibi Mark Rutte  Pentaqon rəhbəri Piet Heqsetlə telefon danışığından sonra alyansın müdafiə xərclərini artıracağına söz verib.

Baş katib X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb: “Biz güclü ittifaqın qurulması maraqları naminə müdafiə xərclərini və istehsalı daha da artırmaq üçün sizinlə işləməyi səbirsizliklə gözləyirik”.