Sabunçu rayonu Ramana qəsəbəsi ərazisində yerləşən marketlərin birindən 400 manat dəyərində oğurluq olması barədə polisə məlumat daxil olub.
Sabunçu RPİ 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən yeniyetmə müəyyən olunaraq saxlanılıb.
Rayon ərazisində yerləşən evlərin birindən də oğurluq olması barədə polisə məlumat daxil olub. Evdən 1780 manat pul, təmir aləti və elektrik naqili oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar 56 yaşlı A.Cabbarov və 22 yaşlı T.İsmayılov müəyyən olunaraq saxlanılıblar.
Hər iki faktla bağlı araşdırma aparılır.