Nəsimi rayonu ərazisində yerləşən 2 mağazadan 2208 manat dəyərində yaddaş qurğularının oğurlanması barədə polisə məlumatlar daxil olub.
Nəsimi rayonu 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 28 yaşlı N.Rzayev müəyyən olunaraq saxlanılıb.
Bundan başqa polis əməkdaşları tərəfindən rayon ərazisində bir nəfərə məxsus içərisində pul, kart və sənəd olan pulqabını oğurlamaqda şübhəli bilinən 22 yaşlı E.Səmədovun saxlanılması da təmin edilib.
Araşdırmalar aparılır.