Вернуться назад Распечатать

Polis Şirvanda 5 sürücünü saxladı

Şirvan Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən profilaktik tədbir zamanı nəqliyyat vasitəsini narkotik vasitələrin təsiri altında idarə edən 5 sürücü müəyyən edilərək saxlanılıb.

Sürücülər barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib, daha bir mikroavtobus sürücüsü isə 15 sutka inzibati qaydada həbs edilib.