Вернуться назад Распечатать

DİN-in Mətbuat Xidməti MƏLUMAT YAYDI

1xeber.media xəbər verir ki fevralın 12-də ölkə ərazisində qeydə alınan 63, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

 Axtarışda olduğuna görə ümumilikdə 138, o cümlədən borclu şəxs qismində axtarışda olan 106 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.     
 Narkotiklərlə əlaqəli 40, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 27 fakt müəyyən edilib.
 Cinayət törətməkdə şübhəli bilinən 68 nəfər saxlanılıb.