Вернуться назад Распечатать

DİN-in Mətbuat Xidməti MƏLUMAT YAYDI

1xeber.media xəbər verir ki fevralın 22-də və 23-də ölkə ərazisində qeydə alınan 71, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

Axtarışda olduğuna görə ümumilikdə 50, o cümlədən borclu şəxs qismində axtarışda olan 30 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 
 Narkotiklərlə əlaqəli 31, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 26 fakt müəyyən edilib.
 Cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb.