Вернуться назад Распечатать

Tərtərdə polis tərəfindən silahlar götürülüb

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən silah-sursatın aşkarlanması məqsədi ilə tədbirlər görülür. 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan  1xeber.media verilən məlumata görə, keçirilən tədbirlər nəticəsində rayonun Həsənqaya kəndi ərazisindən 2 "Kalaşnikov" avtomatı və 5 tüfəng tapılaraq götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.