Вернуться назад Распечатать

Lerikdə saxlanılan narkokuryerdən 10 kiloqram marixuana aşkarlanıb

Lerik Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat həyata keçiriblər.

Tədbirlərlə əvvəllər məhkum olunmuş 48 yaşlı Səbuhi Şahbazov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan 1xeber.media verilən məlumata görə, həmin şəxsdən 10 kiloqram marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, S.Şahbazov barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.