1xeber.media xəbər verir ki, gecə saatlarından etibarən ölkə ərazisinə qar yağır. Qarlı hava şəraiti bir sıra yollarda çətinliklər yaradıb.
Bakı-Quba-Rusiya sərhədi yolunda (40-cı km-dən )
Bakı-Şamaxı-Yevlax yolunda (30-ci km-dən)
Gəndob-Yalama yolunda ( 41-ci km-dən)
Bakı-Qazax-Gürcüstan sərhədi yolunda (251-ci km -dən)
Eyni zamanda Yevlax-Zaqatala-Gürcüstan dövlət sərhədi yolunda Qaraməryəm-İsmayıllı-Şəki yolunda (93-cü km-dən başlayaraq)
Məlumatda o da qeyd olunur ki, Ağsu aşırımında fasilələrlə qar yağışı müşahidə olunur.
Yollarda hər hansı məhdudlaşma yoxdur. Yolların qardan təmizlənməsi işi fasiləsiz davam etdirilir. Təhlükəli hesab edilən yol sahələrində Dövlət Yol Polisi əməkdaşları tərəfindən xidmət gücləndirilib.
Bir daha sürücülərdən hava şəraitini nəzərə alaraq, ehtiyatlı olmaları və təhlükəsiz sürmə prinsiplərinə riayət etmələri xahiş olunur.