Qarlı hava şəraitinin olması ötən gün axşam və gecə saatlarında, eləcə də hazırda paytaxt yollarında nəqliyyatın hərəkətində ciddi problemlər yaratmayıb.
1xeber.media xəbər verir ki mərkəzin müşahidə kamerlarının təsir zonasında yol-nəqliyyat hadisələrinin baş verməsi, texniki nasaz avtomobillərin yolda qalması müşahidə edilməyib. Gecə saatlarında Zığ dairəsi- Hava limanı yolunda, Heydər Əliyev prospektində, Mərdəkan şosesi və Buzovna-Zağulba yolunda buzlaşma olduğundan sürücülərin təhlükəsizliyini təmin etmək məqsədilə sürət həddi endirilib, müvafiq olaraq bütün tablolarda “ buzlu yol” işarəsi qoyulub. Bununla yanaşı, təhlükəsizliyi təmin etmək, baş verə biləcək qəzaların, texniki nasaz avtomobillərin yolda qalması səbəbindən yaranan nəqliyyat sıxlığını vaxtında aradan qaldırmaq üçün yol polisinə mütəmadi məlumatlar ötürülür.